среда, 16 ноября 2011 г.

ГИПЕРГЕОМЕТ

Qohum funksiyalar:



Sintaksis:  ГИПЕРГЕОМЕТ(число_успехов_в_выборке;размер_выборки;число_успехов_в_совкупности;размер_совокупности)
Nəticə:
     Hiperhəndəsi paylanmanı hesablayır.
Arqumentlər:
  •      число_ успехов_в_выборке: seçmədə uğurlu sınaqların sayı;
  •      размер_выборки: seçmənin ölçüsü;
  •      число_успехов_в_совокупности: baş külliyyatda uğurlu sınaqların sayı;
  •      размер_ совокупности: baş külliyyatın ölçüsü.
Qeydlər:
  •   əgər arqumenlər tam ədədlər deyildirlərsə, onların kəsr hissələri atılır;
  •     əgər hər hansı bir arqument ədəd deyildirsə, onda ГИПЕРГЕОМЕТ funksiyası özünün yazıldığı xanaya #ЗНАЧ! səhvinin qiymətini yerləşdirir;
  •      əgər число_успехов_в_выборке < 0 isə  və ya число_успехов_в_выборке arqumenti размер_выборки число_успехов_в_совокупности arqumentlərinin hər hansı birindən böyükdürsə, onda ГИПЕРГЕОМЕТ funksiyası özünün yazıldığı xanaya #ЧИСЛО! səhvinin qiymətini yerləşdirir;
  •      əgər размер_выборки < 0 isə və ya размер_выборки arqumenti размер_совокупности arqumentindən böyükdürsə, onda ГИПЕРГЕОМЕТ funksiyası özünün yazıldığı xanaya #ЧИСЛО! səhvinin qiymətini yerləşdirir;
  •      əgər число_успехов_в_совокупности < 0 isə və ya число_успехов_в_совокупности arqumenti размер_совокупности arqumentindən böyükdürsə, onda ГИПЕРГЕОМЕТ funksiyası özünün yazıldığı xanaya #ЧИСЛО! səhvinin qiymətini yerləşdirir;
  •      размер_совокупности < 0 olduqda ГИПЕРГЕОМЕТ funksiyası özünün yazıldığı xanaya #ЧИСЛО! səhvinin qiymətini yerləşdirir.
Riyazi-statistik interpretasiya:
Hiperhəndəsi paylanma п ədədi külliyatın həcmi olan N ədədinə nəzərən çox kiçik olmadıqda, n sınaqda  uğurlu halların sayının düz х-ə bərabər olması ehtimalını təsvir edir. Bu paylanma seçmənin böyük olmayan məhsul partiyalarından götürüldüyü məsələlərdə öz tətbiqini tapır. Həcmi N olan partiyadan təsadüfi olaraq seçilmiş n məhsuldan düz x dənəsinin qüsurlu olması ehtimalı hiperhəndəsi paylanma ilə xarakterizə olunur.
 elementdən n dənəsinin seçilməsi hər biri eyni cür mümkün olan       müxtəlif   üsulla baş verə bilər. Analoji olaraq k qüsurlu məhsuldan x dənəsini           müxtəlif üsulla seçmək olar. Bundan başqa hər bir belə kombinasiya üşün N-k qüsursuz məhsuldan n-х dənəsinin seçilməsi




 
düsturu ilə hesablandığı üçün х sayda qüsurlu və N—k sayda qüsursuz məhsulun ümumi sayı aşağıdakı düsturla hesablanır:


Lakin biz bərabər ehtimallı hadisələrlə işlədiyimiz üçün “k qüsurlu məhsulun x saydasının və N-k qüsursuz məhsuldan n - х saydasının seçilməsi” hadisəsinin baş verməsi ehtimalı aşağıdakı hiperhəndəsi paylanma düsturu ilə hesablanır: 


 
burada x – seçmədə qüsurlu məhsulun sayı;

            к – baş külliyyatda qüsurlu məhsulun sayı;

            n – seçmənin həcmi;

            N – baş külliyyatın həcmidir.

         

f(x;N;n;k) funksiyasının arqumentləri ГИПЕРГЕОМЕТ funksiyasının aşağıdakı arqumentlərinə ekvivalentdir:
x  – число_успехов_в_выборке;

• N – размер_совокупности;

n  – размер_выборки;

k  – число_успехов_в_совокупности.

Hiperhəndəsi paylanmanın riyazi gözləməsi və dispersiyası aşağıdakı düsturlarla hesablanır:
  
 
Misal
N =1000 həcmli hazır məhsul partiyası keyfiyyətə yoxlanılır. Məlumdur ki, partiyada məhsulun orta hesabla 95%-i yararlıdır. Bütün partiyadan n =50 həcmli seçmə aparılır. Seçmədə 45 məmulatın yararlı olması ehtimalını hesablamalı.

Həlli

Tələb olunan ehtimal aşağıdakı düsturla hesablanır:


 
İndi də bu məsələni ГИПЕРГЕОМЕТ funksiyası vasitəsilə həll edək.

1.    Nəticənin yazılacağı xananı seçək ($A$4).

2.    Мастер функций dialoq pəncərəsinin Статистические kateqoriyasından ГИПЕРГЕОМЕТ funksiyasını seçək. Bu zaman ГИПЕРГЕОМЕТ funksiyasının dialoq pəncərəsi əmələ gələcək.

3.    Число_ успехов_в_выборке sahəsinə girib 45 (yararlı məmulatların sayı) qiymətini daxil edək.

4.    Размер_выборки sahəsinə girib n = 50 qiymətini daxil edək.

5.    Число_успехов_в_совокупности  sahəsinə girib 950 (baş külliyatda yararlı məmulatların 95% -i) qiymətini daxil edək.
6.     Размер_ совокупности sahəsinə girib N = 1000 qiymətini daxil edək. OK düyməsini basdıqdan sonra $A$4 xanasında hesablamanın nəticəsi olan 0,0646 qiyməti əmələ gələcəkdir.